Nursultan Nazarbayev: “Donald Tramp məni Ağ evə dəvət edib”

Nursultan Nazarbayev: “Donald Tramp məni Ağ evə dəvət edib” Qazaxıstan prezidenti: “ABŞ kimi aparıcı dövlətlə müzakirə etməyə həmişə mövzu var"
Region
16 Noyabr , 2017 15:45
Nursultan Nazarbayev: “Donald Tramp məni Ağ evə dəvət edib”

Bakı. 16 noyabr. REPORT.AZ/ "Telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp məni Ağ evə dəvət edib".

“Report” CA-NEWS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Astana club”un iclasının bağlanış mərasimində bildirib.

O qeyd edib ki, Qazaxıstan 2018-ci il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək: "Mən də ABŞ-da olacağam. Həmin vaxt Vaşinqtona gedib görüşmək barədə razılaşdıq. ABŞ kimi aparıcı dövlətlə müzakirə etməyə həmişə mövzu var".

N.Nazarbayev deyib ki, Vaşinqton Qazaxıstan iqtisadiyyatına 50 milyard dollar sərmayə qoyub və hazırda ölkəsində 300-dən çox ABŞ şirkəti fəaliyyət göstərir: "Biz gələcəkdə də onlarla əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”. 

Son xəbərlər

Orphus sistemi