Numan Kurtulmuş: "Türkiyənin 3000-ci ildən tez Aİ-yə daxil ola bilməyəcəyi ilə bağlı bəyanat biabırçılıqdır"

Numan Kurtulmuş: "Türkiyənin 3000-ci ildən tez Aİ-yə daxil ola bilməyəcəyi ilə bağlı bəyanat biabırçılıqdır" Baş nazirin müavini: "Avropa siyasətçilərindən 30 il sonra Aİ-nin hansı aqibətlə üzləşəcəyini soruşmaq lazımdır"
Region
28 May , 2016 16:25
Numan Kurtulmuş: Türkiyənin 3000-ci ildən tez Aİ-yə daxil ola bilməyəcəyi ilə bağlı bəyanat biabırçılıqdır

Bakı. 28 may. REPORT.AZ/ Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Türkiyənin 3000-ci ildən tez Aİ-yə daxil ola bilməyəcəyi ilə bağlı bəyanata münasibət bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bunu biabırçılıq adlandırıb.

"Kimsə Türkiyənin Aİ-yə daxil olmasının 3000-ci ilə qədər davam edəcəyini söyləyirsə, bu, bizim üçün yox, bu sözləri deyən adam üçün ayıb və biabırçılıqdır. Avropa siyasətçilərindən 30 il sonra Aİ-nin hansı aqibətlə üzləşəcəyini soruşmaq lazımdır", - deyə N.Kurtulmuş məsələyə sərt reaksiya göstərib.

Baş nazirin müavini vurğulayıb ki, Türkiyə viza rejiminin liberallaşdırılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir: "Amma qeyd etmək istərdim ki, Türkiyə heç də Aİ-dən asılı deyil".

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron Türkiyənin təxminən 3000-ci ildə Aİ-yə üzv ola biləcəyini bildirmişdi. O, Türkiyənin Aİ-yə daxil olmaq üçün 1987-ci ildə müraciət etdiyini, amma belə aşağı qərar qəbuletmə tempi ilə çox güman yalnız 3000-ci ilə şərtləri yerinə yetirə biləcəklərini qeyd etmişdi.

Son xəbərlər

Orphus sistemi