​Novak: "Rusiya və Türkiyə "Türk axını" layihəsi üzrə iyunun sonunadək saziş imzalaya bilər"

​Novak: "Rusiya və Türkiyə "Türk axını" layihəsi üzrə iyunun sonunadək saziş imzalaya bilər" Türkiyə öz iqtisadi zonası çərçivəsində "Türk axını"nın dəniz hissəsi tikintisinin həyata keçirilməsi ilə layihədə iştirak edə bilər
Region
18 İyun , 2015 13:38
​Novak: Rusiya və Türkiyə Türk axını layihəsi üzrə iyunun sonunadək saziş imzalaya bilər

Bakı. 18 iyun. REPORT.AZ/ Rusiya və Türkiyə "Türk axını" layihəsinin tikintisi ilə bağlı iyunun sonunadək saziş imzalaya bilər.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O, həmçinin bildirib ki, Türkiyə öz iqtisadi zonası çərçivəsində "Türk axını"nın dəniz hissəsinin tikintisinin həyata keçirilməsi ilə layihədə iştirak edə bilər.

Nazir əlavə edib ki, Yunanıstanda "Türk axını" layihəsinin yerüstü infrastrukturunun tikintisinin maliyyələşdirilməsində Rusiya şirkətləri və bankları iştirak edə bilər.

Novak həmçinin vurğulayıb ki, Rusiya və Avropa İttifaqı iyunun 27-29-da "Türk axını" layihəsinin yerüstü infrastrukturunun tikintisi və Ukraynaya qaz təchizatı məsələlərini müzakirə etmək üçün müzakirələr aparacaqlar.

Son xəbərlər

Orphus sistemi