Novak: "Rusiya və İran Azərbaycan və Ermənistan ərazisindən keçməklə elektrik şəbəkəsinin çəkilişi barədə danışıqlara başlayıb"

Novak: "Rusiya və İran Azərbaycan və Ermənistan ərazisindən keçməklə elektrik şəbəkəsinin çəkilişi barədə danışıqlara başlayıb" Rusiya və İran 1,4 min MVt gücə malik İES yaradılması barədə razılıq əldə edib
Region
14 Mart , 2016 17:15
Novak: Rusiya və İran Azərbaycan və Ermənistan ərazisindən keçməklə elektrik şəbəkəsinin çəkilişi barədə danışıqlara başlayıb

Bakı. 14 mart. REPORT.AZ/ "Rusiya və İran Azərbaycan və Ermənistan ərazisindən keçməklə ölkələr arasında elektrik şəbəkəsinin çəkilişi barədə danışıqlara başlayıb".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O, həmçinin Rusiya və İranın 1,4 min MVt gücə malik İstilik Elektirk Stansiyasının yaradılması barədə razılıq əldə etdiyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 17-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano İranın nüvə sazişi üzrə bütün tələbləri yerinə yetirdiyini açıqladıqdan sonra Aİ rəhbərliyi bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların tamamilə ləğvinə, ABŞ isə qismən ləğvinə qərar vermişdi.

Son xəbərlər

Orphus sistemi