Norveç Türkiyənin 5 zabitinə siyasi sığınacaq verib

Norveç Türkiyənin 5 zabitinə siyasi sığınacaq verib Onlar Norveçdə ünvanı gizli saxlanılan yerdə yaşayacaqlar
Region
22 Mart , 2017 11:56
Norveç Türkiyənin 5 zabitinə siyasi sığınacaq verib

Bakı. 22 mart.REPORT.AZ/ Norveç Türkiyənin 5 zabitinə siyasi sığınacaq verib. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu qərarla onlar Norveçdə yaşaya və işləyə biləcəklər.

Məlumata görə, Fətullahçı Terror Təşkilatının (FETÖ) ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra NATO-da xidmət edən 4 türk zabiti və 1 hərbi attaşe sığınacaq almaq üçün Norveç hökumətinə müraciət edib. Norveçin Miqrasiya Xidməti onların müraciətinə müsbət cavab verib.

Zabitlərin və hərbi attaşenin vəkili Kjell M. Brygfjeld Norveçin sığınacaq müraciətinə müsbət cavab veridiyini təsdiqləyib.

Ailə üzvlərinin də sığınacaq almaq müraciəti qəbul olunan NATO zabitləri və attaşe Norveçdə ünvanı gizli saxlanılan yerdə yaşayacaqlar.

Son xəbərlər

Orphus sistemi