​"Normand dördlüyü"nün sammiti Parisdə keçirilə bilər

​"Normand dördlüyü"nün sammiti Parisdə keçirilə bilər Fransua Olland: "Minsk razılaşmasının gerçəkləşdirilməsi sürətləndirilməlidir"
Region
25 Avqust , 2015 19:17
​Normand dördlüyünün sammiti Parisdə keçirilə bilər

Bakı. 25 avqust. REPORT.AZ/ "Normand dördlüyü" (Almaniya, Fransa, Ukrayna və Rusiya) liderlərinin zirvə toplantısı yaxın zamanlarda Parisdə keçirilə bilər. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland bildirib.

"Minsk razılaşmasının gerçəkləşdirilməsi sürətləndirilməlidir. Biz bunu Almaniyanın kansleri Angela Merkellə müzakirə etdik", - o vurğulayıb.

F.Olland məsələ ilə bağlı həm Almaniya kansleri Angela Merkel, həm də Rusiya prezidenti Vladimir Putinlə davamlı təmasları dəstəklədiyini də deyib.

Qeyd edək ki, Ukraynanın şərqindəki vəziyyətlə bağlı Normand formatı 2014-cü ilin iyunundan mövcuddur. Bu, II Dünya müharibəsində müttəfiq qoşunlarının Normandiyaya çıxarılmasının 70 illiyinə həsr olunan tədbirdə yaradılıb. Həmin mərasimdə Almaniya, Fransa, Ukrayna və Rusiya liderləri iştirak edib. 

Son xəbərlər

Orphus sistemi