​"Normand dördlüyü"nün görüş tarixi açıqlanıb

​"Normand dördlüyü"nün görüş tarixi açıqlanıb Qriqori Karasin bildirib ki, təhlükəsizlik məsələləri, o cümlədən qoşunların geri çəkilməsi də müzakirə ediləcək
Region
17 Sentyabr , 2015 17:09
​Normand dördlüyünün görüş tarixi açıqlanıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Ukraynanın şərqindəki vəziyyəti müzakirə etmək üçün "Normand dördlüyü" (Almaniya, Fransa, Ukrayna və Rusiya) prezidentləri oktyabrın 2-də Parisdə görüşəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

Onun sözlərinə görə, Minsk razılaşmasının yerinə yetirilməsi görüşün gündəliyinin əsas məsələsidir.

Q.Karasin deyib ki, təhlükəsizlik məsələləri, o cümlədən qoşunların geri çəkilməsi də müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi