Nobel mükafatının məbləği artırılıb

Nobel mükafatının məbləği artırılıb Mükafatın həcmi 2011-ci ilədək 10 milyon İsveç kronu olub, amma sonradan 8 milyonadək azaldılıb
Region
29 Sentyabr , 2017 16:17
Nobel mükafatının məbləği artırılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Nobel Fondunun İdarə Heyəti 2017-ci ildə Nobel mükafatının məbləğini 1 milyon İsveçrə kronu artırmaq haqqında qərar qəbul edib. 

"Report" Fondun saytına istinadən xəbər verir ki, bundan sonra mükafatın həcmi 9 milyon İsveçrə kronu olacaq.

Qeyd edək ki, mükafatın həcmi 2011-ci ilədək 10 milyon İsveç kronu olub, amma sonradan 8 milyonadək azaldılıb.

2017-ci il üçün Nobel mükafatı laureatlarının elan olunmasına oktyabrın 2-dən başlanacaq.

Son xəbərlər

Orphus sistemi