Yuxarı

Ermənistan baş nazirinin müşaviri vəzifəsindən azad edilib

Nikol Paşinyan müşavirini işdən çıxarıb

Ermənistan baş nazirinin ictimai əsaslarla müşaviri Qriqor Muradyan vəzifəsindən azad edilib.

“Report” “Panorama”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin saytı yayıb.

Bildirilib ki, mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan uyğun qərarı imzalayıb.

Baş nazirin digər imzası ilə Gevorq Movsesyan Ermənistan Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, mayın 22-də Ermənistan KİV-i hökumətdə ciddi kadr dəyişikliklərinin olacağı barədə məlumat yaymışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi