Nikol Paşinyan: "Ermənistanın dövlət idarələrində avara adamlar çoxdur"

Nikol Paşinyan: "Ermənistanın dövlət idarələrində avara adamlar çoxdur" “Ermənistanın dövlət idarələrində avaraların əlindən tərpənmək olmur”.
Region
4 Aprel , 2019 14:07
Nikol Paşinyan: Ermənistanın dövlət idarələrində avara adamlar çoxdur

“Ermənistanın dövlət idarələrində avaraların əlindən tərpənmək olmur”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu hökumətin iclasında müavinətlərin gecikdirilməsi məsələsinin müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan bildirib.

O, ərazi idarəetmə naziri Suren Papikyana əhalinin aztəminatlı təbəqəsinin müavinətləri vaxtında almamasına səhlənkarlığı, səriştəsizliyi ilə səbəkar olan işçilərin siyahısını hazırlamağı tapşırıb.

Hökumət başçısı deyib: "Verilən tapşırıqları vaxtında yerinə yetirməyən bu şəxslər dövlət idarələrinin təkmilləşdirməsi (ixtisarı – red.) vaxtı ilk sırada olacaqlar”.

Son xəbərlər

Orphus sistemi