Nikol Paşinyan: "Ermənistanın baş naziri olmağa hazıram"

Nikol Paşinyan: "Ermənistanın baş naziri olmağa hazıram" "Çox güman ki, belə də olacaq"
Region
24 Aprel , 2018 20:31
Nikol Paşinyan: Ermənistanın baş naziri olmağa hazıram

Bakı. 24 aprel. REPORT.AZ/ "Əgər xalq istəyərsə, Ermənistanın baş naziri olmağa hazıram".

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bunu etiraz aksiyasının lideri Nikol Paşinyan Yerevanda əcnəbi jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

"Çox güman ki, belə də olacaq. Baş nazir vəzifəsinə xalq arasından seçilmiş biri irəli sürülməlidir. Ermənistanın Respublikaçılar Partiyasından belə bir namizəd ola bilməz. Bu partiyanın erası bitib. Onlar hakimiyyəti əllərində saxlamağa cəhd göstərməməli və sakit təhvil verməlidirlər", - o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi