Niderlandın İstanbuldakı konsulluğu üzərində Türkiyə bayrağı qaldırılıb

Niderlandın İstanbuldakı konsulluğu üzərində Türkiyə bayrağı qaldırılıb Nümayişçilər Hollandiya bayrağını nümayəndəlik üzərindən çıxarıblar
Region
12 Mart , 2017 15:37
Niderlandın İstanbuldakı konsulluğu üzərində Türkiyə bayrağı qaldırılıb

Bakı. 12 mart. REPORT.AZ/ Türkiyədə nümayişçilər Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağı endirərək onu türk bayrağı ilə əvəzləyiblər.

"Report" xəbər verir ki, barədə "Hürriyet Daily News" məlumat yayıb.

Aksiya iştirakçıları bu şəkildə Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayaya qarşı sərgilədikləri münasibətə etirazlarını bildiriblər.

Yarım saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb.

Son xəbərlər

Orphus sistemi