Ermənistan vətəndaşı olan qadını Niderlanddan deportasiya ediblər, iki övladı isə gizlənib

Ermənistan vətəndaşı olan qadını Niderlanddan deportasiya ediblər, iki övladı isə gizlənib Deportasiyanın səbəbləri açıqlanmasa da, adətən bu hallar miqrasiya haqqında qaydalar pozularkən baş verir
Region
15 Avqust , 2017 10:46
Ermənistan vətəndaşı olan qadını Niderlanddan deportasiya ediblər, iki övladı isə gizlənib

Bakı. 15 avqust. REPORT.AZ/ Niderland hakimiyyəti Ermənistan vətəndaşı Armina Amabartsumyan adlı erməni qadını deportasiya edib, ancaq onun 11 yaşlı qızı Lili və 12 yaşlı oğulu Ovik krallıqda gizlənib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Arimna Ambartsumyanı qaçqınlar mərkəzindən götürərək, təyyarəyə mindirib, Fransaya yola salıblar. Oradan isə onu Yerevana göndəriblər. 

“Uşaqları müdafiə” (“Defence for Children”) təşkilatı bildirib ki, bu halla ilk dəfədir rastlaşırlar: “İndiyədək ananın deportasiya olunub, övladlarının Niderlandda saxlanılması hadisəsi ilə üzləşməmişik”.

Məlumata görə, uşğaqlar Rusiya ərazisində doğulublar və Ermənistanda heç vaxt olmayıblar. Ananı mərkəzdən götürəndə uşaqlar evdə olmayıb və Armina da övladlarının olduğu yeri deməyib. 

Məhkəmə bildirib ki, övladlarının onunla bir yerdə olmamasında ana günahkardır. Lili və Ovik adından Niderlandın ədliyyə naziri Klaas Diyxofa əfvlə bağlı müraciət edilib. 

Ermənistan vətəndaşının Niderlanddan deportasiya olunmasının səbəbləri açıqlanmasa da, adətən bu hallar miqrasiya haqqında qaydalar pozularkən baş verir.

Son xəbərlər

Orphus sistemi