Yuxarı
    Bağlamaq

    Netanyahu Putinə ölkəsinin İranın Suriya münaqişəsində iştirakına qarşı olduğunu bildirib

    Biz İran və onun əlaltılarının Suriyadakı hərbi mövcudluğuna qarşıyıq

    Bakı. 10 mart. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu cümə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı Tel-Əvivin İranın Suriyadakı münaqişədəki iştirakı ilə bağlı mövqeyini çatdırıb.

    "Report" xəbər verir ki, bu barədə o öz "Facebook" səhifəsində yazıb.

    "Mən qeyd etdim ki, İsrailin Suriyadakı münaqişənin nizamlanması ilə bağlı hər hansı bir etirazı yoxdur, lakin biz İran və onun əlaltılarının bu saziş çərçivəsində Suriyadakı hərbi mövcudluğunu saxlamalarına qətiyyətlə qarşı çıxırıq", - deyə Netanyahu əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi