Netanyahu Putinə ölkəsinin İranın Suriya münaqişəsində iştirakına qarşı olduğunu bildirib

Netanyahu Putinə ölkəsinin İranın Suriya münaqişəsində iştirakına qarşı olduğunu bildirib "Biz İran və onun əlaltılarının Suriyadakı hərbi mövcudluğuna qarşıyıq"
Region
10 Mart , 2017 03:32
Netanyahu Putinə ölkəsinin İranın Suriya münaqişəsində iştirakına qarşı olduğunu bildirib

Bakı. 10 mart. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu cümə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı Tel-Əvivin İranın Suriyadakı münaqişədəki iştirakı ilə bağlı mövqeyini çatdırıb.

"Report" xəbər verir ki, bu barədə o öz "Facebook" səhifəsində yazıb.

"Mən qeyd etdim ki, İsrailin Suriyadakı münaqişənin nizamlanması ilə bağlı hər hansı bir etirazı yoxdur, lakin biz İran və onun əlaltılarının bu saziş çərçivəsində Suriyadakı hərbi mövcudluğunu saxlamalarına qətiyyətlə qarşı çıxırıq", - deyə Netanyahu əlavə edib.

Son xəbərlər

Orphus sistemi