Nepaldan insanları təxliyyə edən Ukrayna təyyarəsi Dehlidən Bakıya uçub

Nepaldan insanları təxliyyə edən Ukrayna təyyarəsi Dehlidən Bakıya uçub Təyyarənın göyərtəsində Ukrayna, Gürcüstan, Polşa, Rusiya və Fransa vətəndaşları var
Region
6 May , 2015 11:45
Nepaldan insanları təxliyyə edən Ukrayna təyyarəsi Dehlidən Bakıya uçub

Bakı. 6 may. REPORT.AZ/ Vətəndaşları zəlzələdən zərər çəkən Nepaldan təxliyyə edən Ukrayna Müdafiə Nazirliyinin İl-76 təyyarəsi Dehlidən Bakıya uçub. Bu barədə "Report" Ukrayna XİN-ə istinadən xəbər verir.

"Mayın 6-da 06.35-də (Kiyev vaxtı ilə) İl-76 təyyarəsi Dehlidən Bakıya uçub. Təyyarənin göyərtəsində 76 Ukrayna və 11 xarici vətəndaş (Gürcüstan, Polşa, Rusiya və Fransa) var", - XİN-in "twitter" səhifəsində qeyd olunub. 

Bir müddət əvvəl mətbuatda bildirilib ki, təyyarə Dehliyə eniş edən zaman təkəri deşilib. 

Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda 7,9 bal gücündə zəlzələ baş verib, nəticədə 7 mindən artıq insan ölüb, 14 min nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi