Yuxarı

Nepaldan insanları təxliyyə edən Ukrayna təyyarəsi Bakıda enib

Təyyarənin göyərtəsində 87 sərnişin var

Bakı. 6 may. REPORT.AZ / Bir neçə ölkə vətandaşlarını zəlzələdən zərər çəkən Nepaldan təxliyyə edən Ukrayna Müdafiə Nazirliyinin İl-76 təyyarəsi Bakı hava limanına enib. Bu barədə "Report" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Ukrayna XİN-in məlumatına əsasən, təyyarənin göyərtəsində 76 Ukrayna və 11 xarici vətəndaş (Gürcüstan, Polşa, Rusiya və Fransa) var.

Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda 7,9 bal gücündə zəlzələ baş verib, nəticədə 7 mindən artıq insan ölüb, 14 min nəfər yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi