Nebenzya "Skripal işi" üzrə ittihamı Rusiyanın beynəlxalq arenadakı roluna zərbə adlandırıb

Nebenzya "Skripal işi" üzrə ittihamı Rusiyanın beynəlxalq arenadakı roluna zərbə adlandırıb "Bu, mən deyərdim ki, ümumiyyətlə, bizim legitimliyimizi sual altına qoyacaq"
Region
8 Aprel , 2018 16:56
Nebenzya Skripal işi üzrə ittihamı Rusiyanın beynəlxalq arenadakı roluna zərbə adlandırıb

Bakı. 8 aprel. REPORT.AZ/ Böyük Britaniya ərazisində zəhərləyici hərbi maddənin tətbiqi ilə bağlı Rusiyaya yönələn ittihamlar, Moskvanın beynəlxalq arenadakı rolunu zərbə altına qoyacaq.

“Report” xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Birinci kanalın efirində deyib.

"Bu, mən deyərdim ki, ümumiyyətlə, bizim legitimliyimizi sual altına qoyacaq. Bu, bizim sadəcə Suriya münaqişəsinin nizamlanması məsələsində deyil, həm də, prinsip etibarı ilə beynəlxalq arenadakı rolumuza zərbədir", - deyə TASS Nebenzyanın sözlərini sitat gətirib.

Eyni zamanda, o, ciddi ekspertlərin kimyəvi zəhərlənmə versiyasından şübhələndiklərini qeyd edib.

Martın 4-də Britaniya casusu, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliya Krallığın Solsberi şəhərində zəhərləndirilib. London iddia edir ki, onların A234 maddəsi ilə zəhərlənməsində Rusiyanın əli var. Moskva bunu qətiyyətlə rədd edir.

Son xəbərlər

Orphus sistemi