Nazir: Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 18 044 nəfər saxlanılıb"

Nazir: Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 18 044 nəfər saxlanılıb" "Hazırda 49 211 ölkə vətəndaşının pasportu ləğv edilib"
Region
29 İyul , 2016 17:49
Nazir: Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 18 044 nəfər saxlanılıb

Bakı. 29 iyul. REPORT.AZ/ "Bu günədək Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 18 044 nəfər saxlanılıb". 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib. 

Onun sözlərinə görə, həmin şübhəlilərdən 9 677 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib. 

Nazir həmçinin hazırda 49 211 ölkə vətəndaşının pasportunun ləğv edildiyini söyləyib. 

Son xəbərlər

Orphus sistemi