Nazir: "Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 15 846 nəfər saxlanılıb"

Nazir: "Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 15 846 nəfər saxlanılıb" Efkan Ala: "8 113 nəfər barəsində həbs qətimkan tədbiri seçilib"
Region
27 İyul , 2016 16:28
Nazir: Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 15 846 nəfər saxlanılıb

Bakı. 27 iyul. REPORT.AZ/ "Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 15 846 nəfər saxlanılıb".

"Report" "Habertuürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib. 

Onun sözlərinə görə, saxlanılanlardan 10 012 nəfəri hərbçidir. 

Nazir həmçinin 8 113 nəfər barəsində həbs qətimkan tədbiri seçildiyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi