Bakı. 27 iyul. REPORT.AZ/ "Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 15 846 nəfər saxlanılıb".
"Report" "Habertuürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib.
Onun sözlərinə görə, saxlanılanlardan 10 012 nəfəri hərbçidir.
Nazir həmçinin 8 113 nəfər barəsində həbs qətimkan tədbiri seçildiyini vurğulayıb.