Bakı. 11 avqust. REPORT.AZ/ "Təhsil sahəsində işləyən 27 424 müəllim və əməkdaşın fəaliyyəti dayandırılıb".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin təhsil naziri İsmet Yılmaz bildirib.
"Ancaq Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı hadisələrdən şagirdlər ziyan görməyəcək. Onların hamısı dövlət müəssisələrində təhsilini davam etdirəcək ", - deyə İ.Yılmaz söyləyib.
Onun sözlərinə görə, əlavə müəllimlər seçiləcək: "Türkiyəyə sığınan 514 suriyalı müəllim işə götürüləcək".
İ.Yılmaz bildirib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra 138 min şagirdin təhsil aldığı özəl məktəblər bağlanıb.