Bakı. 21 sentyabr. REPORT.AZ/ "Türkiyə Suriyaya piyada qoşunu göndərməyəcək".
"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri Işık Suriyada keçirilən "Fırat kalkanı" ("Fərat qalxanı") antiterror əməliyyatından danışarkən bildirib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri "Fırat kalkanı" çərçivəsində Suriya Azadlıq Ordusuna dəstək verir: "Suriya Azadlıq Ordusuna lazım olan hər cür dəstəyi veririk və bunu davam etdirəcəyik. Ancaq hazırda piyada qoşunumuzun bu hərakata qatılması kimi bir planımız yoxdur".