Nazir: "Türkiyə iqtisadiyyatı dövlət çevrilişi cəhdinə görə 100 milyard dollar itirib"

Nazir: "Türkiyə iqtisadiyyatı dövlət çevrilişi cəhdinə görə 100 milyard dollar itirib" Bülent Tüfenkçi: "Ətraflı hesablamalar aparılan zaman bu rəqəm arta bilər"
Region
2 Avqust , 2016 11:39
Nazir: Türkiyə iqtisadiyyatı dövlət çevrilişi cəhdinə görə 100 milyard dollar itirib

Bakı. 2 avqust. REPORT.AZ/ "Türkiyə iqtisadiyyatı dövlət çevrilişi cəhdinə görə, ən azı 300 milyard türk lirəsi (təxminən 100 milyard ABŞ dolları) itirib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət və gömrük naziri Bülent Tüfenkçi deyib.

"Bütün bu təyyarələri, helikopterləri, silahları, bombaları, və (dağıdılmış - red.) binaları qiymətləndirsək, ilkin hesablamalara görə, onların dəyəri ən azı 300 milyard lirə edər. Lakin ətraflı hesablamalar aparılan zaman bu rəqəm arta bilər. Məsələn, xeyli sayda əcnəbi ölkəmizə vizalarını ləğv ediblər. Təəssüf ki, Türkiyənin üçüncü dünya ölkəsi olması təsviri yaradıldı. Küçələrdə tankları, parlament binasını bombalanmasını görənlər Türkiyəyə gəlməz. Bütün bunlar ortamüddətli perspektivdə itkiləri artıracaq", - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi