Nazir müavini: “Rusiyanın sanksiyaları Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərəcək”

Nazir müavini: “Rusiyanın sanksiyaları Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərəcək” “Rusiyanın sanksiyaları Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərəcək”.
Region
9 İyul , 2019 13:14
Nazir müavini: “Rusiyanın sanksiyaları Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərəcək”

“Rusiyanın sanksiyaları Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti bazarların diversifikasiyası istiqamətində hər zaman iş aparır: “Rusiya sanksiyalar barədə qərar qəbul etsə, bu, çox məyusedici olacaq. Lakin ümid edirik ki, belə qərar verilməyəcək. Əlbəttə ki, sanksiyalar tətbiq olunsa, Gürcüstan iqtisadiyyatına təsiri mənfi olacaq. Belə ki, Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir”.

G.Arveladze Gürcüstanın hər hansı bir bazardan asılı olmadığını da qeyd edib: “Rusiyanın Gürcüstanın ümumi ixracında payı 13 faiz təşkil edir. Rusiya əhəmiyyətli ticarət tərəfdaşıdır, lakin Gürcüstanın Avropa İttifaqı, Asiya və ABŞ da daxil olmaqla digər bazarları da var”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasında Gürcüstandan ölkəyə şərab və mineral suların idxalının qadağan olunması və digər iqtisadi sanksiyalar nəzərdən keçirilir. 

Son xəbərlər

Orphus sistemi