Yuxarı

Nazir müavini: "Rusiyada işləyəcək Türkiyə şirkətlərinin siyahısı hazırlanıb"

2016-cı il yanvarın 1-dən sonra həmin müəssisələrinin adlarının açıqlanacağı gözlənilir

Bakı. 11 dekabr. REPORT.AZ/ "Rusiyada əməkdaşlarının işləməsinə icazə verilə biləcək Türkiyə şirkətlərinin sayı dəqiqləşdirilməyib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya əmək nazirinin birinci müavini Aleksey Vovçenko jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şirkətlərin siyahısı tərtib edilərək, Rusiya hökumətinə təqdim olunub.

Nazir müavini şirkətlərin sayı haqda məlumat verməyib və dəqiqləşdirmə aparıldığını vurğulayıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-dən sonra həmin müəssisələrin adlarının açıqlanacağı gözlənilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi