Yuxarı

Nazir: “Gürcüstan yol qəzalarında ölüm hallarının sayına görə regionda liderdir”

​Nazir: “Gürcüstan yol qəzalarında ölüm hallarının sayına görə regiond

“Gürcüstan yol-nəqliyyat hadisələrində ölüm hallarının sayına görə regionda və Avropada liderdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, Gürcüstanda yalnız ötən il yol qəzalarında 459, son 10 ildə isə 6 608 nəfər ölüb, 85 946 nəfər xəsarət alıb: “Yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sürət artımı, əks istiqamətdə hərəkət, yol nişanlarının tələblərinə əməl etməmək və nəqliyyat vasitələrinin spirtli içkinin təsiri altında idarə olunması ilə bağlıdır”.

Nazir qeyd edib ki, 2019-cu ilin sonuna qədər bütün ölkə ərazisində 5 000 videokamera, həmçinin 2 100 “ağıllı kamera” quraşdırılacaq.

G. Qaxaria yol təhlükəsizliyinin təmin edilməsi üçün ictimaiyyətin bu məsələyə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə bir neçə gündür Tbilisi və bölgələrdə “Daha çox həyat naminə” adlı kampaniyaya başlanılıb: “Kampaniya çərçivəsində qəzalı avtomobillərdən ibarət instalyasiya və banerlər quraşdırılıb, müvafiq videoçarxlar hazırlanıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi