Yuxarı

Nazir: "Gürcüstanın qərbindəki fəlakət zonasında vəziyyət gərgin olaraq qalır"

Çaylar öz məcrasından çıxıb, sahilyanı bəndlər zədələnib

Bakı. 25 sentyabr. REPORT.AZ/ "Gürcüstanın qərbindəki fəlakət zonasında vəziyyət gərgin olaraq qalır. Demək olar ki, bütün çaylar öz məcrasından çıxıb, sahilyanı bənd qurğuları zədələnib". "Report" "Novosti Qruziya"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili açıqlama verib.

Nazirin sözlərinə görə, daşqınlar evlərə ziyan vurub, insanlar təcili qaydada təxliyə olunub. Bundan başqa, su boru kəmərində baş verən qəza nəticəsində Ozurgeti sakinləri susuz qalıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bir neçə gün tələb olunur. 

Qeyd edək ki, Batumidə baş verən 6 bal gücündə fırtına nəticəsində bir nəfər həlak olub, şəhərin sahilyanı rayonlarının infrastrukturuna ziyan dəyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi