​Nazir: "Ermənistan Metsamor AES-in fəaliyyət müddətini mümkün qədər uzatmağa çalışacaq"

​Nazir: "Ermənistan Metsamor AES-in fəaliyyət müddətini mümkün qədər uzatmağa çalışacaq" Yervand Zaxaryan: "Əgər stansiyanın fəaliyyət müddətini yenidən nəzərdən keçirmək imkanı olarsa, biz mütləq buna gedəcəyik"
Region
7 Oktyabr , 2015 15:22
​Nazir: Ermənistan Metsamor AES-in fəaliyyət müddətini mümkün qədər uzatmağa çalışacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ermənistan Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyət müddətini mümkün qədər uzatmağa çalışacaq. "Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Rosatom" korporasiyasının rəhbəri Sergey Kiriyenko ilə keçirilən birgə brifinqdə Ermənistanın energetika naziri Yervand Zaxaryan bildirib.

"Araşdırmalar stansiyanın istismar müddətinin 2016-cı ildən 2026-ci ilin sonuna qədər uzadılmasının mümkünlüyünü göstərir. Bundan sonra yeni tədqiqatlar aparılacaq, beynəlxalq təcrübə öyrəniləcək. Belə ki, stansiyaların istismar müddətinin 10 il uzadılması təcrübəsi artıq mövcuddur. Əgər stansiyanın fəaliyyət müddətini yenidən nəzərdən keçirmək imkanı olarsa, biz mütləq buna gedəcəyik", - nazir deyib.

Metsamor AES 1976-cı ildə istismara verilib. 1989-cu ildə stansiya konservasiya olunaraq bağlanıb və yenidən 1995-ci ilin əvvəlindən stansiyanın 407,5 MVt gücündə ikinci bloku fəaliyyətə başlayıb. AES-in işləmədiyi vaxt nəzərə alınmaqla, onun istismar müddəti 2006-cı ildən 2016-cı ilə qədər uzadılıb.

Stansiyanın istismar müddətinin 2026-cı ilə qədər uzadılması qərarı Ermənistan hökuməti tərəfindən 13 sentyabr 2013-cü ilin tarixində qəbul olunub.

AES-in yeni enerji blokunun tikintisinin 2018-ci ildə başlanacağı gözlənilir və onun istifadəyə verilməsi 2027-ci ildə hazırda fəaliyyət göstərən blokun bağlanması vaxtı planlaşdırılır.

Azərbaycan dəfələrlə Metsamor AES-in təhlükəsizliyi ilə bağlı öz narahatlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi