Nazir: "Avropa Parlamentinin qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur"

Nazir: "Avropa Parlamentinin qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur" Ömər Çelik: “Təəssüf ki, Türkiyədən söz düşəndə Avropa İttifaqındakı səs çoxluğu qeybə çəkilir”
Region
24 Noyabr , 2016 20:10
Nazir: Avropa Parlamentinin qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur

Bakı. 24 noyabr. REPORT.AZ/ “Avropa Parlamentinin qərarı bizim üçün yox kimidir”.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik Avropa Parlamentinin Avropa İttifaqına üzvlüklə bağlı Türkiyə ilə müzakirələri dayandırılması haqqında qəbul etdiyi qətnaməyə münasibət bildirərəkən deyib.

“Bu qərar baxışı, dili etibarilə ciddi qəbul olunacaq qərar deyil. Avropa İttifaqı səs çoxluğunu təmsil edən bir yer kimi görünür. Türkiyədən söz düşəndə təəssüf ki, bu səs çoxluğu qeybə çəkilir. Avropa Prlamentinin qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur” - nazir vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Avropa Parlamentinin qəbul etdiyiə qərara baxmayaraq, terrora qarşı mübarizəsini davam etdirəcək.

Xatırladaq ki, Avropa parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinin dayandırılması haqqında qətnamə qəbul edib.

Son xəbərlər

Orphus sistemi