Yuxarı

Nazarbayev Putinlə istefasını müzakirə edib

​Nazarbayev Putinlə istefasını müzakirə edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə telefonda istefasını müzakirə edib və onlar gələcəkdə müntəzəm əlaqə saxlamaq barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Dövlət başçıları Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 20 mart 2019-cu il tarixindən səlahiyyətlərinin icrasını dayandırmaq barədə qərarından söhbət ediblər", - deyə məlumatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi