Nazarbayev kiril əlifbasından latına keçid haqqında fərman imzalayıb

Nazarbayev kiril əlifbasından latına keçid haqqında fərman imzalayıb Ölkədə latın əlifbasına keçidin 2025-ci ilədək reallaşdırılması planlaşdırılır
Region
27 Oktyabr , 2017 07:34
Nazarbayev kiril əlifbasından latına keçid haqqında fərman imzalayıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dili əlifbasının kirildən latına keçidi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, bu barədə məlumat dövlət başçısının saytında yerləşdirilib.

Ölkə hökumətinə əlifbanın dəyişdirilməsi məsələləri üzrə xüsusi komissiyanın yaradılması tapşırığı verilib. Latın əlifbasına keçidin mərhələli şəkildə 2025-ci ilədək reallaşdırılması planlaşdırılır.

90-cı illərdə Azərbaycan, Türkmənistan, Özbəkistan və Moldova rəsmi səviyyədə kiril əlifbasından imtina edib.

Son xəbərlər

Orphus sistemi