​Nursultan Nazarbayev: "Əcdadlarımızın tarixi bizi birliyə çağırır"

​Nursultan Nazarbayev: "Əcdadlarımızın tarixi bizi birliyə çağırır" Qazaxıstan prezidenti: "Türkoloq, akademik Kononovun qənaətincə "türk" sözünün mənalarından bir də "berik" deməkdir"
Region
11 Sentyabr , 2015 12:09
​Nursultan Nazarbayev: Əcdadlarımızın tarixi bizi birliyə çağırır

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Türkoloq, akademik Kononovun qənaətincə, "türk" sözünün mənalarından bir də "berik" deməkdir. Başqa sözlə, "türk" kəlməsi birləşmək, birlik sözündən yaranıb". "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu Qazax xanlığının 550 illiyinə həsr edilən tədbirdəki çıxışında ölkə prezidenti Nursultan Nazarbayev bildirib.

"Qloballaşan XXI əsrdə türk xalqlarının birliyini inkişaf etdirməliyik. Əcdadlarımızın tarixi bizi iqtisadiyyat, siyasət, elm və texnologiya sahələrində qarşılıqlı fəaliyyəti gücləndirməyə və birliyə çağırır", - deyə Qazaxıstan prezidenti vurğulayıb. 

Qazax xanlığının yubileyilə əlaqədar, bu gün ölkədə bir sıra mədəni-kütləvi tədbirlər keçiriləcək.

Xatırladaq ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.  

Son xəbərlər

Orphus sistemi