Yuxarı

​Naxçıvandan Türkiyəyə qaçaq ətin keçirilməsinin qarşısı alınıb

Gömrük Mühafizə Xidməti əməkdaşlarının 5 ayda əməliyyatı nəticəsində 503 ton ət müsadirə edilib

Bakı. 16 iyun . REPORT.AZ/ Dilucu Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşları Naxçıvandan Türkiyəyə gömrük qeydiyyatı aparılmayan iki TIR yük maşınında olan ətin keçirilməsinin qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə CNNTürk məlumat yayıb.

Bildirilib ki, 71 ton qaçaq ət 2,5 milyon Türk lirəsi (1 milyon 30 min manata yaxın) dəyərindədir. Ümumiyyətlə, bu ilin əvvəlindən iyunun 6-dək Türkiyə Gömrük Mühafizə xidməti əməkdaşlarının keçirdiyi 28 əməliyyat nəticəsində 503 ton qaçaq ət müsadirə edilib. 

Məlumata görə, İran və Gürcüstan ərazilərindən Türkiyəyə qaçaq yolla sağlam olmayan ətin keçirilməsinin qarşısı alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi