Yuxarı

​NATO Qara dənizdə hərbi təlim keçirəcək

Alyansa üzv olan dövlətlərin Hərbi Dəniz Qüvvələri Breeze raketdaşıyan gəmidə döyüş tapşırıqlarını yerinə yetirəcəklər

Bakı. 9 iyul. REPORT.AZ/ Qara dənizdə Bolqarıstanın komandanlığı altında NATO-nun "Breeze" adlı hərbi-dəniz təlimi keçiriləcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ABŞ Həbri Dəniz Qüvvələrinin 6-cı Donanması məlumat yayıb.

Təlimdə "USS Porter (DDG 78)" raketdaşıyıcı gəmi də iştirak edəcək.

Alyansa üzv olan dövlətlərin Hərbi Dəniz Qüvvələri "Breeze"-də döyüş tapşırıqlarını yerinə yetirəcəklər.

Təlimə ABŞ, Bolqarıstan, Türkiyə, Rumıniya, Yunanıstan və NATO daimi qrupunun hərbçiləri cəlb olunacaq. Məlumata görə, tədbir 3 gün davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi