Yuxarı

NATO PA Rusiyaya qonşu ölkələrin təhlükəsizlik zəmanəti haqqında bəyannamə qəbul edib

Sənəd Assambleyanın üçgünlük iclasının nəticələrinə görə yekdilliklə qəbul edilib

Bakı. 30 may. REPORT.AZ/ NATO-nun Parlament Assambleyası (PA) alyansa daxil olan və Rusiya ilə qonşu regionlarda yerləşən ölkələrin təhlükəsziliyini təmin etməyə çağıran bəyannamə qəbul edib. 

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Sənəd Assambleyanın Albaniyanın paytaxtında keçirilən üçgünlük iclasının nəticələrinə görə yekdilliklə qəbul edilib. İclasda alyansın 28 ölkəsindən və NATO-nun tərəfdaş dövlətlərindən 250 parlamentari iştirak edib. 

Bəyannamədə NATO PA hərbi blok ölkələrini təhlükədə olduğunu hiss edən üzv ölkələrə zəmanət verməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi