Yuxarı
    Bağlamaq

    NATO PA Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasını dəstəkləyən bəyannamə qəbul edib

    Bildirilib ki, NATO PA Gürcüstan dövlətinin və hökumətinin ölkədə insan hüquqları, mətbuat azadlığı kimi islahatlarını yüksək qiymətləndirir© Report.az

    Tbilisi. 29 may. REPORT.AZ/ NATO Parlament Assambleyası Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasını dəstəkləyir.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər NATO PA-nın Tbilisidə keçirilən yaz sessiyasında səslənib.

    Bildirilib ki, NATO PA Gürcüstan dövlətinin və hökumətinin ölkədə insan hüquqları, mətbuat azadlığı, Silahlı Qüvvələrin təkmilləşdirilməsi kimi islahatlarını yüksək qiymətləndirir. Assambleya rəhbərliyi hesab edir ki, bu cür addımlar Gürcüstanı NATO ilə daha da yaxınlaşdırır və gələcəkdə bu ölkənin quruma üzvlüyünü asanlaşdırır.

    Müzakirələrin sonunda NATO PA “Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasına dəstək” adlı bəyannamə qəbul edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi