Bakı. 17 mart. REPORT.AZ/ NATO-nun Qiymətləndirmə Qrupu Gürcüstanın Vaziani hərbi bazasında baxış keçirir.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, məqsəd alyans üçün bazada yaradılacaq təlim-məşq mərkəzinin infrastrukturunu qiymətləndirməkdir.
Məlumatda bildirlib ki, NATO təmsilçiləri Tiflis yaxınlığındakı Vaziani ilə yanaşı, Kvemo-Kartli (Borçalı) bölgəsindəki "Krtsanisi" milli tədris mərkəzində də baxış keçirəcəklər.