​NATO-nun Gürcüstanda təlim-tədris bazasının açılışı olub

​NATO-nun Gürcüstanda təlim-tədris bazasının açılışı olub Mərasimdə hərbçilərin andiçmə mərasimi də keçirilib
Region
27 Avqust , 2015 18:00
​NATO-nun Gürcüstanda təlim-tədris bazasının açılışı olub

Bakı. 27 avqust. REPORT.AZ/ Bu gün Tbilisi yaxınlığında, Krtsanisi milli təlim-məşq mərkəzinin ərazisində NATO-nun təlim-tədris bazasının rəsmi açılışı olub.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, tədbirdə Gürcüstan prezidenti, ali baş komandan Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, NATO-nun baş katibi Yens Stoltenberq iştirak edib.

Mərasimdə hərbçilərin andiçmə mərasimi də keçirilib.

Gürcüstanın NATO-ya üzv olmağa səy göstərməsi haqda tədbirlər paketi 2014-cü il sentyabrın 4-5-də NATO-nun Uelsdə keçirilən sammitində qəbul olunub. Mərkəzin açılması ilə bağlı sənəd tədbirlər paketinə daxildir. Həmin sənədə əsasən, mərkəz alyans və NATO-nun müttəfiq dövlətləri hərbçilərinin təlim keçməsi üçün nəzərdə tutulub.

Tərbirdən sonra prezident sarayında Gürcüstanın dövlət başçısı ilə NATO-nun baş katibi arasında rəsmi görüş keçiriləcək. Həmin görüşün ardınca tərəflərin birgə bəyanatla çıxış edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi