NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Türkiyəyə səfər edəcək Alyans Baltikyanı ölkələrdəki hərbi gücünün bir hissəsini Türkiyəyə göndərməyə hazırlaşır
Region
6 Sentyabr , 2016 13:07
NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ NATO-nun baş katibi Yans Stoltenberq sentyabrın 8-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

"Report" "Haberler"ə istinadən xəbər verir ki, iki günlük səfəri çərçivəsində baş katib Türkiyə rəsmiləri ilə görüşlər keçiriəcək.

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində başlatdığı "Fırat kalkanı" aniterror əməliyyatı fonunda bu səfərin əhəmiyyətli olduğu bildirilir. NATO Baltikyanı ölkələrdəki hərbi gücünün bir hissəsini Türkiyəyə göndərməyə hazırlaşır. Həmin hərbçilərin Türkiyənin Suriya ilə sərhədinə göndəriləcəyi gözlənilir. Bundan başqa terorçu İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə edilən Yüksək Hərəkət Qabiliyyətli artilleriya sistemini (HIMARS) ABŞ Türkiyəyə göndərib. ABŞ-ın həmin toplardan istifadə edəcək 50 hərbçisi də artıq Türkiyədədir.

Ona görə də Y.Stoltenberqin Türkiyədə keçirəcəyi görüşlərdə İŞİD və terrorçuluğa qarşı mübarizənin əsas mçüzakirə mövzusu olacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi