NATO-nun baş katibi Türkiyənin Rusiyadan “S-400” raketləri almasına münasibət bildirib

NATO-nun baş katibi Türkiyənin Rusiyadan “S-400” raketləri almasına münasibət bildirib Yan Stoltenberq: “NATO-dakı hər müttəfiq ölkə alacağı avadanlıq və qurğu barədə qərarı özü qəbul edir”
Region
14 Sentyabr , 2017 13:21
NATO-nun baş katibi Türkiyənin Rusiyadan “S-400” raketləri almasına münasibət bildirib
РИА Новости / Эдуард Песов

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Bu, Türkiyənin qərarıdır, ölkənin milli qərarıdır”.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yan Stoltenberq Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi almasını şərh edərkən deyib.

Baş katib vurğulayıb ki, NATO-ya üzv olan hər müttəfiq ölkə alacağı avadanlıq və qurğu haqda qərarı özü qəbul edir. 

Qeyd edək ki, Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksinin alınması ilə bağlı müqavilə imzalayıb və beh verib. 

Son xəbərlər

Orphus sistemi