Yuxarı

​NATO-nun baş katibi: "Türkiyənin özünü müdafiə etmək hüququ var, lakin tədbirlər mütənasib olmalıdır"

Heç bir terror aktı məsələnin dinc və siyasi həllinin tapılması üçün səylərə mane olmamalıdır

Bakı. 27 iyul. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq PKK mövqelərinə aviazərbələrin endirilməsi ilə bağlı kürdlərlə aparılan sülh prosesinin dayandırılmasından narahatlığını Türkiyənin baş naziri Əhməd Davudoğluna ünvanlayıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Bütün ölkələrin özünü müdafiə etmək hüququ var. Türkiyə də özünü terror hücumlarından müdafiə etmək hüququna malikdir. Lakin bu tədbirlər mütənasib olmalı və bu, münaqişənin dərinləşməsinə gətirib çıxarmamalıdır", - Y.Stoltenberq Norveçin NRK radiosuna müsahibəsində bildirib.

O qeyd edib ki, heç bir terror aktı məsələnin dinc və siyasi həllinin tapılması üçün səylərə mane olmamalıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi