Yuxarı

​NATO-nun baş katibi: "Türkiyəni istənilən təhlükədən, təhdidlərdən qorumağa hazırıq"

Yens Stoltenberq: Rusiyanı İŞİD-ə qarşı mübarizədə konstruktivliyə və əməkdaşlığa, Əsəd rejimini dəstəkləməməyə çağırıram

Bakı. 8 oktyabr. REPORT.AZ/ "NATO Türkiyə də daxil olmaqla bütün müttəfiqlərini istənilən təhlükədən və təhdidən qorumağa hazırdır. Əlavə yardıma ehtiyacın olub-olmaması məsələsi Türkiyə hakimiyyəti ilə müzakirə edilir".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyanasa üzv dövlətlərin müdafiə nazirlərinin toplantısından öncə jurnalistlərə açıqlamasında bildirib.

"NATO Türkiyəni dəstəkləmək üçün yeni tədbirlər görməyi planlaşdırırmı" sualına cavabında Yens Stoltenberq deyib: "Türkiyə hökuməti ilə davamlı olaraq, vəziyyəti dəyərləndiririk. Onların əlavə yardıma ehtiyacı olub-olmamaları ilə bağlı sıx əlaqə saxlayırıq", - deyə o, vurğulayıb.

NATO-nun baş katibi bildirib ki, Rusiya Silahlı Qüvvələri Suriyada İŞİD-dən daha çox müxalifətin mövqelərini bombalayır: "Rusiyanın Suriyada Bəşşar Əsəd rejimini dəstəkləməsindən narahatam. Rusiyanı İŞİD-ə qarşı mübarizədə konstruktivliyə və əməkdaşlığa, Əsəd rejimini dəstəkləməməyə çağırıram".

Qeyd edək ki, bu gün NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi