Yuxarı
    Bağlamaq

    ​NATO-nun baş katibi: "Rusiyanın Suriyadan çıxmasını hələ dəyərləndirmək lazımdır"

    Yens Stoltenberq: Suriyada gərginliyin azalması istiqamətində atılan istənilən addımı alqışlamağa hazıram

    Bakı. 16 mart. REPORT.AZ/ "Bu, Suriyadakı münaqişənin dinc yolla həllinə və hərbi gərginliyin azalmasına göstərilən səydir".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Suriyadan əsas hərbi qüvvələrini çıxarmasına münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, Rusiyanın bu addımını hələ dəyərləndirmək lazımdır: "Suriyada gərginliyin azalması istiqamətində atılan istənilən addımı alqışlamağa hazıram".

    Qeyd edək ki, martın 15-dən Rusiya əsas hərbi qüvvələrini Suriyadan çıxarmağa başlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi