Yuxarı
    Bağlamaq

    ​NATO-nun baş katibi Gürcüstanda təlim mərkəzinin açılışında iştirak edəcək

    Görüşün ardınca tərəflərin birgə bəyanatla çıxış edəcəyi gözlənilir

    Bakı. 27 avqust. REPORT.AZ/ "NATO-ya üzvlüyü istiqamətində Gürcüstan bir sıra uğurlar əldə edib".

    "Report" Gürcütan KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Tbilisidə səfərdə olarkən bu ölkənin prezidenti Georgi Marqvelaşvili ilə görüşdə bildirib.

    O, Əfqanıstanda həlak olan Gürcüstanın iki əsgəri ilə bağlı başsağlığı verib.

    Məlumatda bildirilib ki, tərəflər şam yeməyi zamanı regional təhlükəsizlik məsələləri və Gürcüstan hərbçilərinin Əfqanıstanda fəaliyyətinin vacibliyini də müzakirə ediblər. Onlar qeyri-rəsmi görüşdə Gürcüstanın ərazi bütövlüyü və işğal edilmiş ölkə torpaqlarına dair məsələdən də danışıblar.

    Bu gün Gürcüstanın Krtsanis təlim-məşq mərkəzinin rəsmi açılışında NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edəcək. Mərasimdə hərbçilərin andiçmə mərasimi də keçiriləcək.

    Gürcüstanın NATO-ya üzv olmağa səy göstərməsi haqda tədbirlər paketi 2014-cü il sentyabrın 4-5-də NATO-nun Uelsdə keçirilən sammitində qəbul olunub. Mərkəzin açılması ilə bağlı sənəd tədbirlər paketinə daxildir. Həmin sənədə əsasən, mərkəz alyans və NATO-nun müttəfiq dövlətləri hərbçilərinin təlim keçməsi üçün nəzərdə tutulub.

    Tərbirdən sonra prezident sarayında Gürcüstan dövlətinin başçısı ilə NATO-nun baş katibi arasında rəsmi görüş keçiriləcək. Həmin görüşün ardınca tərəflərin birgə bəyanatla çıxış edəcəyi gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi