Yuxarı

NATO-nun baş katibi Gürcüstana səfər edəcək

Yens Stoltenberq səfər çərçivəsində Gürcüstan-NATO birgə Təlim-Tədris Mərkəzini açacaq

Bakı. 3 avqust. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq avqustun sonlarında Gürcüstana səfər edəcək.

"Report" "Qruziya-onlayn"a istinadən xəbər verir ki, NATO baş katibinin Gürcüstana səfəri iki gün davam edəcək və avqustun 26-27-də baş tutacaq. 

Yens Stoltenberq səfər çərçivəsində Gürcüstan-NATO birgə Təlim-Tədris Mərkəzini açacaq. Həmçinin, Gürcüstan hökumətinin bir sıra vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi