NATO-nun baş katibi ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi ilə bağlı hədələrə münasibət bildirib

NATO-nun baş katibi ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi ilə bağlı hədələrə münasibət bildirib Bakı. 18 aprel. REPORT.AZ/ “”F-35” təyyarələrini almaq Türkiyənin haqqıdır”.
Region
18 Aprel , 2018 12:31
NATO-nun baş katibi ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi ilə bağlı hədələrə münasibət bildirib

Bakı. 18 aprel. REPORT.AZ/ “”F-35” təyyarələrini almaq Türkiyənin haqqıdır”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“NATO-nun bir üzvü digərinə qarşı sanksiya tətbiq edə bilməz. “F-35” təyyarələri almaq Türkiyənin haqqıdır”,- o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının sədri Volkan Bozkır bu ilin martında Vaşinqtonda keçirdiyi görüşlərdə ölkəsinin Rusiyadan “S-400”ün alınması ilə bağlı məsələni dəyərləndirdiklərini söyləmişdi: “ABŞ bunu çox əhəmiyyətli bir məsələ sayır. Xüsusilə Konqresin bunu “F-35”in satışı ilə əlaqələndirmək niyyətində olduğu hiss edilir. Onlar bildirdi ki, “S-400” alsanız, biz də Konqresdə sizə “F-35”in satılmaması haqqında qərar qəbul edərik”.

Son xəbərlər

Orphus sistemi