Yuxarı

NATO-nun Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı Ankaradadır

ABŞ generalı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşmək niyyətindədir

Bakı. 22 avqust. REPORT.AZ/ NATO-nun Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı Körtis Skaparotti Ankarada səfərdədir.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, ABŞ generalı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar ilə görüşmək niyyətindədir.

Qeyd edək ki, daha əvvəl dörd nəfərdən ibarət ABŞ nümayəndə heyətinin Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ekstradisiyasını müzakirə etmək üçün Türkiyəyə səfər edəcəyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi