​NATO baş katibinin xüsusi təmsilçisi Tbilisiyə gəlir

​NATO baş katibinin xüsusi təmsilçisi Tbilisiyə gəlir Ceyms Appaturay Cənub Qafqazın təhlükəsizliyinə həsr olunan üçüncü forumda, Gürcüstanın müdafiəsi və təhlükəsizliyi konfransında iştirak edəcək
Region
26 Oktyabr , 2015 10:06
​NATO baş katibinin xüsusi təmsilçisi Tbilisiyə gəlir

Bakı. 26 oktyabr. REPORT.AZ/ NATO baş katibinin Cənub Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi təmsilçisi Ceyms Appaturay Gürcüstanda keçiriləcək "NATO həftəsi" tədbirlərində iştirak etmək üçün oktyabrın 26-da Tbilisiyə səfər edəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Ceyms Appaturay Cənub Qafqazın təhlükəsizliyinə həsr olunan üçüncü forumda, Gürcüstanın müdafiəsi və təhlükəsizliyi konfransında iştirak edəcək.

Baş katibin xüsusi nümayəndəsi NATO və Avropa İttifaqının Qoridəki yeni regional ofisinin açılş mərasiminə də qatılacaq.

C.Appaturayın Gürcüstan prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi