Yuxarı

NATO baş katibi: “Gürcüstanla tərəfdaşlığı dərinləşdirəcəyik”

​NATO baş katibi: “Gürcüstanla tərəfdaşlığı dərinləşdirəcəyik”

“Biz Gürcüstan və Ukrayna ilə tərəfdaşlığı dərinləşdirməyə qərar vermişik”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər nazirlərinin videokonfransında bildirib.

Onun sözlərinə görə, tərəfdaşlığa strateji önəm kəsb edən Qara dənizdəki təlimlər də daxildir:

“Tərəfdaşlığın dərinləşdirilməsinə həmçinin hibrid təhlükələrə qarşı birgə mübarizə və hava məkanının daha təhlükəsiz olması üçün hava nəqliyyatı barədə məlumat mübadiləsi də aiddir”.

Qeyd edək ki, NATO XİN başçılarının konfransı koronavirus epidemiyası ilə bağlı olaraq videokonfrans formatında keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi